Kriminal

Qonşusunu küçədə qətlə yetirdi

10 İyul 2020 09:43
Baxış: 1 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 09-da saat 23 radələrində 1969-cu il təvəllüdlü İlqar Rzayev Şirvan şəhəri ərazisində yaşadığı yataqxananın qarşısında bıçaqlanaraq öldürülüb.

Şirvan Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. 

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. 

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib. 

İstintaqla hadisənin mərhumun qonşusu 1979-cu il təvəllüdlü Şamil Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamil Əliyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Şamil Əliyev cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.