Kriminal

Bakıda yataqxana qarət olundu - 15 min manat apardılar

9 İyul 2020 09:18
Baxış: 2 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yataqxana qarət eilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində baş verib. Həmin yataqxanada yaşayan qadının mənzilindən pəncərə sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyalarının oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olaraq tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.