Kriminal

Qonaq getdikləri evin sahibini bıçaqladılar, pulunu alıb qaçdılar

9 İyun 2020 11:55
0 Şərh     Baxış: 3 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsu rayonunda vətəndaşa qarşı evində quldurluq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ağsu şəhər sakinləri, əvvəllər qəsdən adam öldürmə və oğurluğa görə məhkum edilmiş Səfərov Raul Ağalar oğlu və dövlətə xəyanətdə məhkum edilən Nuriyev Eldəniz Bəyalı oğlu şəhər sakini Seymur Məmmədovun evinə qonaq gəlib.

Orada yeyib-içəndən sonra R.Səfərov və E.Nuriyev ev sahibi S.Məmmədovun boğazına bıçaq dirəyərək ondan 500 manat tələb ediblər. S.Məmmədov evində olan 190 manatı onlara versə də, həmin şəxslər onu bıçaqlayaraq hadisə yerindən qaçıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslər saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.