Kriminal

Ağsuda 1 ton çətənə kolu yandırıldı - FOTO

1 İyun 2020 11:31
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-Xaş-2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Ərəbmehdibəy kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton olan 2600 ədəd yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.