Kriminal

Bibər turşusunun içində narkotik keçirdi - FOTO

26 May 2020 18:10
0 Şərh     Baxış: 1 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədli Nicat İlkin oğluna tanışı Sumqayıt şəhər sakini Rəhimli Ramin Mansur oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastmas qabda olan bibər turşusunun içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,512 qram narkotik vasitə marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.