Kriminal

Mingəçevirdəki dəhşətli qəza ilə bağlı cinayət işi başlandı

25 May 2020 14:55
0 Şərh     Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Mingəçevir rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib. 

Qeyd edək ki, ötən gün Mingəçevirdə "Opel" markalı minik avtomobili kütləyə çırpılıb. Nəticədə 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən 9-na ambulator yardım göstərilərək evə buraxılıb.

2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu və 2010-cu il təvəllüdlü Salahzadə Ramal Habil oğlu kəllə-beyin travması alıb, vəziyyətləri ağırdır. Səccad Məmmədlinin durumu daha ağırdır və o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. 2010-cu il təvəllüdlü Şirinov Nuran Nurcuma oğlu və 2015-ci il təvəllüdlü Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.