Kriminal

Şəmkirdə taksi sürücüsü 27 yaşlı arvadının boğazını kəsdi - TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO

19 Aprel 2020 14:33
31 Şərh     Baxış: 11 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:33

Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.

Bu barədə əməkdaşımıza arvadını qətlə yetirən kişinin dayısı məlumat verib. Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib. 

Xəbərə fotolar da əlavə olunub. 

----------
13:13

Şəmkirdə həyat yoldaşını qətlə yetirən 29 yaşlı Mübariz Məmmədov saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Posanlı yaşayış massivində ailə münaqişəsi zəminində həyat yoldaşı - 27 yaşlı Nailə Allahyar qızı Məmmədovanın boğazını kəsərək qətlə yetirən M. Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

M.Məmmədov rayonda taksi fəaliyyəti ilə məşğul olur. 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.