Kriminal

Tiryək satarkən tutuldu

2 Aprel 2020 15:24
0 Şərh     Baxış: 1 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Səncərədi kənd sakini A.Əliyev 30 qram tiryəki satarkən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 3 kiloqram 450 qram tiryək, 447 ədəd metadon həbi, 35 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Suraxanı RPİ 30-cu və 32-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Məlikovdan çəkisi 3,2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.