Kriminal

6 manata görə adam öldürən şəxsin məhkəməsi başlayıb

28 Mart 2020 18:18
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndilən Zaur Layicovun cinayət işi üzrə məhkəmə başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı qeyri-müəyyən günə qədər təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il Balakən rayonunda baş verib. Rayonun Hənifə kənd sakini, 1979-cu il təvəllüdlü Layicov Zaur Şamil oğlu Qazma kənd sakini, 1994-cü il təvəllüdlü Balayev Elvin Eynulla oğlu ilə mübahisə edib. Z.Layıcov E.Balayevdən 6 manat borcunu istəməsinə görə aralarında mübahisə yaranıb. Mübahisə nəticəsində Z.Layıcov özü ilə gətirdiyi bıçaqla E.Balayevi bıçaqlayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.