Kriminal

Şübhəli soyğun hadisəsi: qayınananın pul və qızılı oğurlandı

2 Mart 2020 18:34
1 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonunun 20 yaşlı sakini qarət olunub. Naməlum şəxslər evə girib onun əl-qolunu bağlayıblar.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Hövsan qəsəbə sakini Günel Bəyməmmədli Suraxanı rayonunun 30-cu Polis Bölməsinə müraciət edib. Onun ifadəsinə görə, martın 1-də saat 20:25 radələrində iki şəxs evinə açıq qapıdan girib, ona hücum edərək üzünə yumruq vurub əllərini bağlayıblar.

Zərərçəkmişin sözlərinə görə, cinayətkarlar ondan pul və qiymətli əşyaların harada olduğunu göstərməsini tələb ediblər. Beləliklə, onlar G.Bəyməmmədlidən 2150 manat, 2000 dollar məbləğində pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları götürüb qaçıblar.

Pul və qızıl əşyaların gənc qadının qayınanasına məxsus olduğu qeyd edilir.

Hazırda polis şikayətçinin sözlərinin həqiqətə uyğun olub-olmadığını araşdırır.

G.Bəyməmmədlinin həqiqəti gizlətdiyinə dair şübhələr var. Hələlik qarət faktı ilə bağlı həbs olunanlar yoxdur.

Bununla yanaşı, son iki gündə paytaxtda beş qarət hadisəsi qeydə alınıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.