Kriminal

İki yeniyetmə saxlanıldı - Oğurluq cəhdinə görə

24 Fevral 2020 14:30
0 Şərh     Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada iki yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Quba rayon sakini İskəndər Hacıyev cari ilin fevral ayının 19-da Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus rayonun Qələdüz kəndi ərazisində yerləşən bağ evinə naməlum şəxslərin oğurluq məqsədi ilə daxil olduqları barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar. Araşdırmalar nəticəsində evə qanunsuz daxil olan şəxslər tərəfindən heç bir əşya və ya pul oğurlanmadığı məlum olub.

RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməli rayonun Dağlı kənd sakini olan iki yeniyetmə tərəfindən törədildiyi məlum olub. Həmin yeniyetmələr saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Dindirilmə zamanı onlar evə oğurluq niyyəti ilə daxil olduqlarını və tutduqları əməldən peşmançılıq çəkdiklərini bildiriblər.

Faktla əlaqədar Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.