Kriminal

Hakerlər məşhur şəxslərin məlumatlarını oğurladılar

12 Yanvar 2020 14:09
0 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur kibertəhlükəsizlik üzrə ekspertlər Cənubi Koreya vətəndaşlarına hücum edən haker dəstəsini ifşa edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Star"a istinadən məlumat verir.

Xəbərə görə, cinayətkarlar "Samsung" smartfonlarında olan və hakerlərin öz aralarında "açıq qapı" adlandırdığı boşluqlardan yararlanıblar.

Anonimliyi qorunan hakerlər əsasən məşhur şəxslərin - siyasətçi, müğənni və fotomodellərin şəxsi hesablarına sızıblar.

Mütəxəssislərin sözlərinə görə, hakerlər "Samsung" istifadəçilərinin "bulud" məlumat saxlayıcılarına müdaxilə ediblər və telefon kitabçası, zəng tarixçəsi, SMS, fotoşəkil və videoyazıların olduğu faylları ələ keçiriblər.

Haker dəstəsi daha sonra öz qurbanları ilə müxtəlif messencerlər vasitəsilə əlaqə saxlayaraq pul tələb ediblər. Bundan imtina edən zərərçəkənlər isə əldə edilən şəxsi məlumatların internetdə dərc ediləcəyi ilə şantaj ediliblər.

Eksperlər cinayətkar qrupun bu günə qədər nə qədər istifadəçiyə hücum etməsi barədə dəqiq məlumata sahib deyillər.

Onlar qeyd ediblər ki, məşhur insanlara maraq böyükdür. Buna baxmayaraq fırıldaqçılar külli miqdarda pul qazanmaq üçün Cənubi Koreyadan kənarda yaşayan və adi həyat tərzi keçirən vətəndaşların smartfonlarına da müdaxilə edə bilərdilər.

Yayılan bu xəbərlər və faktlara "Samsung" şirkəti hələlik heç bir reaksiya verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.