Türkiyə hüquq-mühafizə orqanları azərbaycanlı qanuni oğru Nadir Səlifov (Lotu Quli) barəsində rəsmi açıqlama yayıb.
Milli.Az unikal.org-a istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin İstanbul İdarəsi İstanbulda cinayət təşkilatının Azərbaycan əsilli iki liderinin saxlanılaraq ölkələrinə deport edildiyini açıqlayıb.
Onlardan biri "Lotu Quli" ləqəbli Nadir Salifov, digəri isə Anbar S. adlı şəxsdir. Hər iki şəxs cinayətkar aləmin avtoritetləri sayılır.
Milli.Az