Kriminal

Polisdən qadınların kişini küçədə döyməsi videosuna REAKSİYA

26 Dekabr 2019 15:30
3 Şərh     Baxış: 4 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadının küçənin ortasında kişini döyməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağcabədi rayonunda iki qadın və bir kişinin küçənin ortasında Kommunal Təsərrüfat Birliyinin işçisini döyməsi ilə bağlı görüntülər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.