Kriminal

Bakıda qayın yeznəsini evində bıçaqlayıb qaçdı

13 Dekabr 2019 18:44
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Əliyev Zaur Ağazər oğlu Zabrat qəsəbəsi, Oktyabr küçəsi 65 saylı evdə yaşayan yeznəsi, 1988-ci il təvəllüdlü Cəfərov Emin Ənvər oğlunun yaşadığı evə qonaq gedib.

Evdə yaranmış münaqişə nəticəsində Z.Əliyev E.Cəfərovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda Z. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.