Kriminal

Zərgərlik məmulatının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alındı

11 Dekabr 2019 19:14
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn sərnişin Gulnar Niyazmamedovanın əl çantalarında gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatı barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, gömrük baxışı zamanı həqiqətən də həmin şəxsin əl çantalarında gömrük nəzarətindən gizlədilən və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə qablaşdırılan 15 ədəd boyunbağı, 14 ədəd qolbaq, 37 cüt sırğa, 86 ədəd üzük və 3 ədəd kulondan ibarət olmaqla, cəmi 2 kq 400 qram gümüş məmulatları aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.