Kriminal

Gecə klubunun sahibi azadlığa buraxıldı

11 Dekabr 2019 20:09
0 Şərh     Baxış: 1 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səbail rayon Məhkəməsində iranlı şərikini qanunsuz azadlıqdan məhrum edərək döyməkdə təqsirləndirilən "Ellips" gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məhkəmədə hökm oxunub.

Hökmə əsasən, D. Dəmirçiyev barəsində sınaq müddəti seçilməklə şərti cəza verilib və azadlığa buraxılıb.

D. Dəmirçiyev barəsindəki hökmdən apelyasiya şikayəti verilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, İran vətəndaşı Vakili Razlighi Alinin qanunsuz azadlıqdan məhrum edilməklə döyülərək xəsarət alması barədə müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb.

Araşdırma zamanı mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində fəaliyyət göstərən "Ellips" gecə klubunun sahibi Dilsuz Dəmirçiyevin şəriki R.Vakilini qanunsuz azadlıqdan məhrum etməsi və döyərək az ağır bədən xəsarəti yetirməsinə şübhələr olduğundan faktla əlaqədar cinayət işi başlanıb.

D.Dəmirçiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 127.1 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.