Kriminal

Bakıda kişi arvadını döyüb, diri-diri yandırdı

10 Dekabr 2019 17:59
0 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını benzin tökərək yandırmaqda təqsirli bilinən Ceyhun Firuz oğlu Xudabaxışovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası dekabr ayının 18-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin may ayında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində baş verib.

1981-ci il təvəllüdlü Ceyhun Firuz oğlu Xudabaxışov qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Raziyə Arif qızı Aslanovanın başına zərbə vurduqdan sonra onun üzərinə benzin tökərək yandırıb.

Ağır dərəcəli bədən xəsarəti alan qadın 5 saylı xəstəxanaya çatdırılıb.

C.Xudabaxışova Cinayət Məcəlləsinin 126.2.4-cü ( ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.