Kriminal

Ukraynada oğurluq edən azərbaycanlıya hökm oxundu

29 Noyabr 2019 17:24
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Kremençuq şəhərində oğurluq edən azərbaycanlıya hökm oxunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əvvəl məhkum olmuş Salyan əsilli Ukrayna vətəndaşı evində tanışı ilə spirtli içki qəbul edib.

Daha sonra yatmış tanışının mobil telefonunu və pul qabından bank kartını götürərək qaçıb.

Bir müddət sonra zərərçəkənlə rastlaşan azərbaycanlı içində olan pulu istifadə etdiyi bank kartını və telefonu onun özünə qaytarıb.

Məhkəmədə günahını etiraf edən cinayətkarın zərərçəkənə vurduğu maddi zərər 10333 qrivna (təxminən 731 AZN) məbləğində hesablanıb.

Eyni zamanda, prosedur xərclərinə görə də 628,04 qrivna ( təxminən 44 AZN) ödəməli olan cinayətkar bir il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.