Kriminal

Bakıda qısqanc ər keçmiş arvadını öldürmək istədi

22 Noyabr 2019 12:54
3 Şərh     Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinərək məhkum olunan Sənan Seyidov Ali Məhkəməyə müraciət edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, onun şikayətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

Məhkəmə baxış iclası dekabr ayının 18-nə təyin olunub.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Rəna İsayeva yaşadığı evdə keçmiş əri Sənan Seyidov ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Xəzər rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Sənan Seyidovu həbs edilib.

İstintaq orqanı tərəfindən Sənan Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.