Kriminal

Rusiyada azərbaycanlıya hökm oxundu

20 Noyabr 2019 14:37
0 Şərh     Baxış: 1 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijni-Novqorod şəhərində azərbaycanlı insan oğurluğu və üç milyon rubl (79,800 azn) mənimsəməkdə ittiham edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı kimliyi bəlli olmayan üç nəfərlə əlbir olaraq özbəkistanlı biznesmenə hücum edib.

Zərərçəkəni bıçaqla qorxudaraq əllərini bağlayıb və avtomobilə qoyub, qaraja gətiriblər.

Cinayətkarlar biznesmeni döyərək, onu buraxmaq müqabilində pul tələb etmək üçün əmisi oğlunun nömrəsini istəyiblər.

Sonra qarajda tək qalan biznesmen oradan qaça bilib.

Məhkəmənin hökmü ilə azərbaycanlı 8 il 6 ay azadlıqdan məhrum edilib.

Eyni zamanda, o, biznesmenə vurduğu mənəvi zərərə görə 100 min rubl (2.660 AZN) ödəməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.