Kriminal

İmişlidə qadının evinə silahlı basqın edildi - "Vertu" telefonu oğurlandı

18 Noyabr 2019 20:39
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmişli rayonunda qadının evinə basqın edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə İmişli şəhəri, Alış Məmmədov küçəsi, 5 saylı evdə baş verib.

Naməlum şəxs evə basqın edərək silah qismində istifadə etdiyi bıçaqla orada yaşayan Bağırova Qızqayıt Məhəmmədəli qızını hədələyib zor tətbiq edərək onun qulağındakı bir cüt qızıl sırğanı, barmağındakı qızıl üzüyü, evin qonaq otağından bir ədəd "Samsung" və bir ədəd "Vertu" markalı telefonları götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İmişli rayon sakini, əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Xubiyarov Emin Baxşəli oğlunun tərəfindən törədilməsində əsaslı şübhələr yaranıb. Hazırda həmin şəxsin tutulması ilə bağlı tədbirlər davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.