Kriminal

Gürcüstandan qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlər aşkarlandı - FOTO

16 Noyabr 2019 19:00
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7800 ədəd siqaretin və 1872 ədəd şirniyyat məhsullarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn vətəndaşların idarə etdiyi "VAZ-21033" və "Honda Ridgeline" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 7800 ədəd "King" markalı siqaret və üzərində "Kent Kakao" sözləri yazılan 1872 ədəd şirniyyat məhsulları aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.