Kriminal

Azərbaycanlı qadın Kiprdə soyuldu - Sevgilisi qızıl dolu çantanı götürüb yoxa çıxdı

13 Noyabr 2019 15:25
0 Şərh     Baxış: 1 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Kiprdə azərbaycanlı qadının evindən sevgilisi oğurluq edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qazimağusa şəhərində yaşayan Azərbaycan əsilli Səbinə Qasımova oktyabrın 15-də polisə müraciət edərək, 2019-cu ilin iyun ayında evindən qızıl əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Azərbaycan əsilli Ərman Şah olduğu müəyyən olunub və o, noyabrın 11-də polis tərəfindən tutulub.

S.Qasımova və Ə.Şah əvvəldən tanış olub və onu öz evinə gətirib.

Səbinə ölkə xaricində olanda Ə.Şah özündə olan açarla sevgilisinin evinə daxil olub və oradan içərisində 13 ədəd qızıl əşya olan çantanı oğurladığını etiraf edib.

Lakin sonradan həbs edilmək qorxusu ilə çantanı Səbinənin evinin qarşısına qoyub.

S.Qasımova isə çantanın içində qızılların olmadığını deyib. Qızılların yerini müəyyən edilənə qədər Ə.Şah iki gün müddütinə həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.