Kriminal

Rusiyadan gələn Azərbaycan vətəndaşında beşbarmaq və bıçaqlar aşkarlandı - FOTO

12 Noyabr 2019 12:49
0 Şərh     Baxış: 1 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda olan polietilen paketdə gizlədilən müxtəlif ölçüdə və formada, ümumi çəkisi 15,35 qram təşkil edən qızıl qırıntıları aşkarlayıb.

"Samur" gömrük postunun idxal-minik gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi daha bir minik avtomobilinə baxış zamanı isə nəqliyyat vasitəsindəki yüklərdə 1 ədəd "beşbarmaq" və 3 ədəd bıçaq aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.