Kriminal

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlandı - FOTO

5 Noyabr 2019 20:37
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Focus" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, bu zaman o, idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altında gizlədilən 3 ədəd "Redmi Note 8", 1 ədəd "Redmi 8A", 1 ədəd "Samsung Galaxy A20S" və 2 ədəd "Samsung Galaxy A20" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.