Kriminal

Düz bağırsağında heroin keçirmək istədi, saxlanıldı

2 Noyabr 2019 15:46
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Milli.Az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaş saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.

Daha sonra daxili orqanlarında da narkotik vasitə gizlətdiyi ehtimalı yarandığından vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında yapışqanlı lentlə sarılan 1 ədəd bükümdə, qablaşdırılması ilə birgə ümumi çəkisi 25 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.