Kriminal

Arvadını boğub öldürən kişi məcburi müalicəyə göndərildi

31 Oktyabr 2019 20:42
4 Şərh     Baxış: 1 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib və o məcburi müalicəyə göndərilib. İttihama görə, ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.