Kriminal

“Feysbuk”da başlayan mübahisə kütləvi dava ilə nəticələndi - TƏFƏRRÜAT

30 Oktyabr 2019 21:04
0 Şərh     Baxış: 1 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan Fərid Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Fərid Seyidov 1 aprel 2017-ci il tarixdə, saat 17 radələrində Sabunçunun Bakıxanov qəsəbəsində dostu Əli Kazımovla birlikdə olarkən əvvəldən tanıdığı İsmayıl Dostalizadə ilə rastlaşıb.

Həmin vaxt İsmayıl Dostalizadə Fərid Seyidova nə üçün "Facebook" sosial şəbəkəsində onu söydüyünü soruşub və ona iradını bildirib.

Onların arasında mübahisə yaranıb. İsmayıl Dostalızadə mübahisəni davam etdirmək üçün 8-ci kilometr qəsəbəsinə getməyi təklif edib. Əli Kazımov təklifdən imtina edib. Belədə İsmayıl Dostalızadə söhbəti Bakıxanov qəsəbəsində "Arzu" şadlıq sarayı ilə üzbəüz binanın blokunda aparma istəyini bildirib.

Daha sonra İmsayıl Dostalızadə dostu Eldəniz Şəldiyevə zəng edərək sözügedən binanın blokuna dəvət edib. Eldəniz Şəldiyev həmin ünvana gəlib, onların arasında dava düşüb.

İsmayıl və Eldəniz əlləri ilə Fərid Seyidovun sifət nahiyəsindən itələyib. Mübahisə qızışıb və onlar Fəridi döymək istəyiblər. Döyülməkdən qorxan Fərid Seyidov bıçaqla Eldəniz Şəldiyevin bədən nahiyəsinə bir neçə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Fərid Seyidovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Seyidovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 9 ay 29 gün müddətinə şərti cəza təyin olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Fərid Seyidovun barəsində təyin olunmuş Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib və Fərid Seyidovun barəsində 2 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Məhkəmə Fərid Seyidovun barəsində həbs qətimkan tədbiri seçib və o, məhkəmə zalından həbs edilib. Bu hökmdən narazı qalan Fərid Seyidov kasasiya şikayəti verib. O, barəsində olan cəzanın şərti hesab edilməsini istəyib.

Fərid Seyidovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sıdrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Araşdırma aparılan zaman 13 saylı cəza çəkmə müəssisəsində məhkəməyə məktub daxil olub. Məhkum Fərid Seyidovun imzası olan məktubda sonuncu kasasiya şikayətinə baxılmasından imtina etdiyini yazıb.

Qeyd edib ki, kasasiya şikayətinə əlavə dəlilləri olduğu üçün işinə baxılmasını istəmir. O, kasasiya şikayətini araşdırılımadan geri götürdüyü barədə ərizəsinin hakim tərəfindən qəbul edilməsini xahiş edib.

Hakim məhkumun ərizəsini qəbul edib. Kasasiya şikayəti baxışdan çıxarıb və geri qaytarılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.