Kriminal

Bacısını oğlanla görüşə göndərib sonra şantaj edirmiş - Bakıda UTANCVERİCİ CİNAYƏT

22 Oktyabr 2019 17:04
0 Şərh     Baxış: 4 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda şantajla məşğul olmaqda təqsirli bilinən 5 nəfərdən ibarət cinayətkar dəstənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası oktyabr ayının 23-nə təyin olunub.

Qeyd edək ki, paytaxt ərazisində qabaqcadan əlbir olan dəstə üzvləri İ.Məmmədli adlı şəxsi qrup üzvü olan qadınlardan biri ilə görüşdürdükdən sonra onu şantaj etməyə başlayıblar. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa hədə-qorxu gələrək pul tələb edən dəstənin üzvləri Əliyev Xəqani Sabir oğlu, Əsgərov Əlizamin Şəmsəddin oğlu, Mirzəyeva Elnaz Şəmsəddin qızı, Əhmədova Humay Eldar qızı və Şahmuradov Rizvan Bəxtiyar oğlu saxlanılaraq məsuliyyətə cəlb edilib. Onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, yəni, hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb.

Qeyd edək ki, tutulan şəxslərdən ikisi bacı-qardaşdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.