Kriminal

Bakıda İNANILMAZ HADİSƏ - Azyaşlı qızı oğurlayıb başına oyun açdılar

22 Oktyabr 2019 20:19
0 Şərh     Baxış: 8 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda adam oğurladıqlarına görə tutulan şəxslər barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Milli.Az News24.az-a istinadən bildirir ki, Səmədov Elşən Rafiq oğlu və Qəhrəmanov Təbriz Arif oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü, yəni, adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, adları qeyd edilən 2 nəfər paytaxt ərazisində yetkinlik yaşına çatmayan N.Qasımovanı oğurlayıb. Onlar qızı oğurlayarkən və sonrakı vaxt ərzində azyaşlı qıza qarşı müxtəılif zorakılıq hərəkətləri ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.