Kriminal

“Əliyarın 2 yox, 1 “Galendewagen”i var" - YENİLƏNİB

21 Oktyabr 2019 11:41
6 Şərh     Baxış: 7 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:41

Biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğlu Əliyarın bıçaqlanması xəbəri ilə bağlı ailənin vəkili açıqlama verib.

Milli.Az xəbər verir ki, vəkil İlqar Rüstəmov qafqazinfo-ya açıqlamasında bildirib ki, bundan öncə yayımlanan yazıda bəzi məlumatlar yanlış qeyd olunub. Vəkil bildirib ki, bu işdə bir yox, iki zərərçəkmiş var. Belə ki, digər şəxs Sabir Tarverdiyevdir.

İ.Rüstəmov müvəkkili və atasının qalmaqallı "26-lar" kafesinin sahibi olmasını da təkzib edib: ""26"lar kafesinin nə Əliyar Qasımova, nə də atası Ərəstun Qasımova aidiyyatı var. İkincisi, adam xaricdə də gedib bahalı maşınların yanında şəkil çəkdirə bilər. Bu o deməkdir ki, həmin maşınlar onundur? Onun iki "Galendewagen"inin olduğu yazılıb, bu yalandır, Əliyarın yalnız bir "Galendewagen"i var". 

Vəkil hazırda məhkəmədə araşdırılan hadisənin necə baş verdiyindən danışıb: 

"Əliyar, Sabir və Tural uşaqlıqdan dost olublar, sinif yoldaşıdırlar. Əliyar evlidir, 3 uşağı da var. Onun dediyinə görə, Tural son zamanlar narkotik aludəçisinə çevrilibmiş. Dəfələrlə narkotik qəbul edərək onların yanına gəlib və ağlasığmaz sözlər danışırmış. Son iki ay ərzində isə Tural bir neçə dəfə Əliyara deyib ki, sən mənim sevgilimlə münasibətdə olmusan. Əliyar da belə bir şey olmadığını, ona ağlını başına yığmasını deyib. Hadisə günü də Əliyar Sabirlə "Papa Cinema" adlı klubda olarkən Tural ora gəlib və yenə də Əliyara deyib ki, "sən mənim sevgilimə "padxod" eləmisən". 

Bu vaxt Əliyar balalarının canına and içir, and-aman edir ki, elə şey olmayıb. Tural isə dediyindən əl çəkməyib, bu vaxt Əliyar "sən nə şəxsiyyətsiz adamsan, əl çək də daha" deyib və dava düşüb. Tural Əliyara 3 bıçaq zərbəsi vurub. Onlardan biri ürək, biri çiyin nahiyəsindən dəyib. Üçüncü zərbəni vuranda Əliyar əlini qabağa atıb və zərbə əlinə dəyib. Buna görə hazırda iki barmağı fəaliyyətini itirib. Ürək nahiyəsindən dəyən zərbəyə görə isə iki dəfə əməliyyat keçirib və uzun müddət komada olub. Sabir isə ayağından bıçaq zərbəsi alıb. Təqsirləndirilən Tural Məmmədov da ötən məhkəmə iclasında dedi ki, əməlindən peşman deyil, üzr istəməyəcək".

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

----------
10:36

Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu bıçaqlanıb. Onları bıçaqlayan da elə öz dostları imiş.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, "26-lar" kafesinin sahibi, ali məktəbdə hüquq dərsi verən Ərəstun Qasımovun oğlu Əliyar Qasımov bıçaqlanıb. Uzun müddət ölkə gündəmini zəbt edən Əliyar Qasımovun adı bu dəfə ağır cinayətdə zərərçəkmiş kimi keçir.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Proses hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilib.

Əldə edilən məlumata görə, iş üzrə zərərçəkmiş şəxs Əliyar Qasımov və dostudur.

Onların hər ikisi Tural Məmmədov tərəfindən bıçaqlanıb. Hadisəyə səbəb isə dost olan bu şəxslər arasında baş verən mübahisə olub. İlkin ehtimala görə isə mübahisəyə səbəb şəxslərdən birinin mobil telefonunda olan video görüntü olub. Hadisənin təfərrüatı barədə növbəti yazılarda daha ətraflı məlumat verəcəyik.

Həbs edilən Tural Məmmədov özünü qismən təqsirli bilir. Deyir ki, iki nəfəri bıçaqlaması özünü müdafiə məqsədi ilə olub.

Bıçaqlanan Əliyar Qasımov kimdir?

Əliyar Qasımov ilk olaraq ölkə gündəminə iki lüks maşınları ilə gəlib. Qoşa "Gelandevagen"li Əliyar Qasımov Bakı küçələrində şütüyərkən qısa müddətdə sosial şəbəkələrin müzakirə mövzusuna çevrimişdi.

Daha sonra isə Əliyar Qasımovun adı atası ilə birlikdə qalmaqallı "26-lar" kafesinin bağlanmasında hallanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbərliyi ilə Qasımovların sahibi olduğu kafe böyük qalmaqaldan sonra bağlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.