Kriminal

Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlandı

19 Oktyabr 2019 14:51
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz E320" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Milli.Az-ə bildirilib ki, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasından və ehtiyat təkərinin içərisindən, gömrük nəzarətindən gizlədilən 48000 ədəd "Enigma", 107 ədəd "Tropic Fire", 20 ədəd "Mega Piratka" və 11 qutu "Strzelajace Diabeiki" adlı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.