Kriminal

Rusiyada iki azərbaycanlı həbs edildi

18 Oktyabr 2019 15:51
0 Şərh     Baxış: 1 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada sərhəddən qanunsuz keçməyə çalışan iki azərbaycanlı saxlanılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Hadisə zamanı 1988 və 1991-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşı Rusiya ərazisindən Valuysk şəhərində yerləşən sərhəd-keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olmağa cəhd göstərib. 

Araşdırma zamanı məlum olub ki, onların Rusiyaya girişi bundan əvvəl qadağan edilib. 

Valuysk rayon məhkəməsinin qərarı ilə onların hər biri altı ay müddətinə azadlıqdan məhrum edilib. 

Həbs müddəti başa çatdıqdan sonra onlar Ukraynadan deportasiya ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.