Kriminal

Məşhur modelyerin obyektindən 200 min manatlıq oğurluq edən şəxslərdən XƏBƏR VAR

15 Oktyabr 2019 20:09
3 Şərh     Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində məşhur modelyer, sahibkar Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq etməkdə ittiham olunanlar - Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütvəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb. Hökmdə göstərilib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi, 29 ünvanında yerləşən obyekti Nizami Ağayev və Azər Lütfəliyevdən aylıq 24 min manata icarəyə götürüb. Sonradan həmin şəxslərin arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.

L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: "Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb".

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma zamanı 3 nəfər - Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.