Kriminal

Azərbaycan Türkiyə vətəndaşını başqa ölkəyə verməkdən imtina etdi

15 Oktyabr 2019 16:02
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə Respublikasının vətəndaşı Gökhan Öztürkün Niderlanda ekstradisiyası ilə bağlı Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, prosesdə Azərbaycan Baş Prokurorluğunun nümayəndəsi Gökhan Öztürkün ekstradisiyasına etiraz edib.

Ədliyyə Nazirliyinin nümayəndəsi isə bu məsələni məhkəmənin öhdəsinə buraxıb.

Sonda məhkəmə qərar qəbul edərək ekstradisiya ilə bağlı təqdimatı təmin etməyib.

Qeyd edək ki, Gökhan Öztürk Bakıya üç günlük gəzməyə gəldiyini və hava limanında saxlanıldığını bildirib. Məhkəmə zamanı onun beynəlxalq axtarışa verildiyi bildirilib. Niderland Krallığı tərəfindən ekstradisiya üçün Azərbaycana göndərilən məktubda Gökhanın Niderland vətəndaşı olduğu, həmin ölkədə onun haqqında 180 günlük həbs hökmü çıxarıldığı göstərilib.

Gökhan Öztürk isə Türkiyə vətəndaşı olduğunu, Niderlanda göndərilməsini istəmədiyini deyib.

Məhkəmənin sorğularına əsasən, Niderlandın Azərbaycandakı səfirliyi G.Öztürkün Niderland vətəndaşı olduğu, Türkiyə səfirliyi isə onun Türkiyə vətəndaşı olduğu cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.