Kriminal

Azərbaycanlı qadın 16 ildir itkin düşən bacısını hələ də tapa bilmir - FOTO

7 Oktyabr 2019 17:41
3 Şərh     Baxış: 1 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvan şəhər sakini illərdir yoxa çıxmasına baxmayaraq hələ də tapılmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə itkin düşən şəxsin yaxını Nuşabə Vahidova bildirib. Onun sözlərinə görə, bacısı 1982-ci il təvəllüdlü Vahidova Kəminə Əlisima qızı 16 il əvvəl itkin düşüb:

"Hazırda özüm Türkiyədə yaşayıram, bacım 2003-cü ildə itkin düşüb. O, noyabr ayının 23-cü Şirvan şəhəri Sahib Zeynalov küçəsində olan evimizdən çıxıb, bir saata qayıdacağını desə də, geri dönməyib. Həmin illərdə o, kollecdə sonuncu kursunda oxuyurdu".

N.Vahidova qeyd edib ki, K.Vahidova hələ də anası tərəfindən axtarılır və hüquq-mühafizə orqanlarına da müraciət edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.