Kriminal

Narkotik satan bacı-qardaş saxlanılıb - FOTO

27 Sentyabr 2019 12:54
0 Şərh     Baxış: 1 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabad rayonunda narkotik satmaqda şübhəli bilinən ailə üzvləri saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 23-də rayon sakini Heydər Əsgərov döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diqanozu ilə xəstəxanaya yerləşdirilib.

Cəlilabad rayon  Polis Şöbəsi əməkdaşları tərəfindən qeyd edilən hadisəni törədən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Süsən Əliqi saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, S.Əliqi zərərçəkən şəxslə əvvəlcə bir yerdə spirtli içki qəbul edib, daha sonra aralarında yaranan mübahisə zamanı onu bıçaqlayıb.

Müəyyən edilib ki, S.Əliqi həm də narkotik vasitələrin satışı ilə məşğuldur. Onun rayonun Uzuntəpə kəndi ərazisində yaşadığı evə baxış zamanı 2 ədəd kibrit qutusu və 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs marixuananı satmaq məqsədilə qardaşı Adildən aldığını bildirib.

Narkotik vasitələri satan Adil Əliqi də tutularaq məsuliyyətə cəlb edilib. A.Əliqinin Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə baxış zamanı oradan əlavə olaraq 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb. A.Əliqi bacısına Cəlilabad rayonunda narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün marixuana satdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.