Kriminal

Bakıda dəhşət: psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü

23 Sentyabr 2019 10:11
2 Şərh     Baxış: 3 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində, küçənin ortasında Abbasov Zakir Akif oğlunun bıçaqla qətlə yetirilmiş meyiti aşkarlanıb.

Hadisə yerindən 10 metr aralıda yerləşən elektrik transformatorunun kabinəsindən isə daha bir meyit aşkar edilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, kabinədən tapılan meyit Bilgəh qəsəbə sakini, psixi xəstə, 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğluna məxsusdur.

Araşdırmalar zamanı məlum olub ki, S.Rzayev əvvəlcə damarlarını doğrayaraq küçəyə çıxıb, qohumu və qonşusu olan 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu bıçaqla qətlə yetirib. Qohumunun öldüyünə əmin olan S.Rzayev yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.