Kriminal

Prokuror Bakıda 22 yaşlı gənci bıçaqlayan şəxsə cəza istəyəcək

16 Sentyabr 2019 19:29
0 Şərh     Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nəsimi Əbilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.

Prokuror çıxış üçün vaxt istədiyindən məhkəmə prosesi sentyabrın 23-ə keçirilib.

İttihama görə, Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Kürdəmir rayon sakini Ağayev Əhməd Tofiq oğlu Məhəmmədli qəsəbəsi "Güllücə" kafesinin yanında 1991-ci il təvəllüdlü Binəqədi rayonu, Gülüstan qəsəbəsi ev 14-də yaşayan Əbilov Nəsimi Şahin oğlu tərəfindən bıçaqlanaraq çoxsaylı bədən xəsarətləri alıb. N.Əbilov hadisə yerindən yayınmasına baxmayaraq, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədli qəsəbəsində hadisə yerinin yaxınlığında saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.