Kriminal

Tovuzda güllələnərək öldürülən Firudin Ələkbərli kimdir? - FOTO

13 Sentyabr 2019 11:57
3 Şərh     Baxış: 6 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda güllələnən vəkil Firudin Ələkbərli haqqında yeni məlumatlar əldə etmişik.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, Firudin Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, "Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir.

Özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb. Sadəcə nümayəndə kimi məhkəmələrdə təmsil olunub.

"Göl Əli" kimi tanınan şəxs Tovuz rayonunda məhşur "Qaz Bulu" adlanan gölün müdiridir.

Rayonda çox imkanlı adam kimi tanınır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.