Kriminal

Xırdalanda göyərçin oğruları saxlanıldı

10 Sentyabr 2019 18:14
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalanda göyərçin oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini R.Əhmədov sentyabrın 5-də gecə saatlarında həyətinə girmiş 2 nəfərin onu bıçaqla hədələyərək göyərçinlərini apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş O.Piriyev və M.Adilov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.