Kriminal

Daşkəsəndə 19 yaşlı oğlan kəndlisini bıçaqlandı - Səbəb qısqanclıq

10 Sentyabr 2019 14:15
0 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində baş verib.

Kənd sakini - 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib.

Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.