Kriminal

Şəmkirdə evə basqın edən maskalı şəxs ev sahibini bıçaqla yaralayıb qaçdı

6 Sentyabr 2019 16:23
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkirdə maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Xuluf kənd sakini E.Atakişiyev sentyabrın 4-də axşam saatlarında evinə girən maskalı şəxsin onunla rastlaşdıqda qol nahiyəsinə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Vəliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.