Bakıda banka 200 avroluq saxta əskinas verən şəxs saxlanılıb.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.
Araşdırma aparılır.
Milli.Az