Kriminal

Ağsuda kəndirlə boğulan gəlin sevgilisi ilə tutulubmuş - TƏFƏRRÜAT - YENİLƏNİB

6 Sentyabr 2019 14:16
46 Şərh     Baxış: 12 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:16

Ağsuda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Milli.Az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 19 yaşlı Xumar Zahidova kənd sakini olan sevgilisi ilə bir yerdə tutulub.

İddia olunur ki, Nəriman Zahidov dəfələrlə gəlinləri X.Zahidovanın başqası ilə olan münasibətindən şübhələnib.

Xəbərdarlıqlara baxmayaraq, X.Zahidova sevgilisi ilə görüşməyə davam edib. Bu gün isə sevgilisi ilə tutularaq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

---------
11:47

Ağsuda iki aylıq körpə anası qətlə yetirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında, rayonun Qiyaslı kəndində baş verib. İlkin məlumatlara görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb.

Yoldaşı hərbçi olan gənc ananın iki aylıq körpəsi var. Hadisənin hansı şəraitdə baş verməsi və səbəbləri Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.