Kriminal

Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

22 Avqust 2019 10:25
0 Şərh     Baxış: 4 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Crocus Group"un prezidenti Araz Ağalarovun qardaşı qızı, iş xanımı Səbinə Ağalarovanın Rusiyanın Moskva şəhərindəki evi qarət olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.

Evini avqustun 9-da tərk edən Səbinə ora yalnız 10 gün sonra dönüb. Seyfini yoxlamayan Ağalarova daha sonra oradan 25 min dolların, eləcə də 2 ədəd xəz paltonun yoxa çıxdığını görüb. Oğrular ev sahibəsinin qiymətli bəzək əşyalarına toxunmayıb. 

S. Ağalarova öz əməkdaşlarından və mühafizəçisindən şübhələnir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.