Kriminal

Qadını qaçırdı, qeyri-rəsmi nikahda yaşadılar, axırda isə... - Şamaxıda CİNAYƏT

20 Avqust 2019 16:24
1 Şərh     Baxış: 5 019

Qaçırdığı qadını öldürməyə cəhddə təqsirli bilinən Şirzad Əsədov barəsindəki hökmdən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, onun şikayəti ilə bağlı məhkəmə prosesi hakimi Elman Əhmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meysəri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvəllər məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.
Şirzad Əsədov Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) və 126.2.3 (qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o,16 il müddətinə azadlıqdan məhrum olunub. 

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    " · 20 Avqust 20:4630

    16 il? Nə yaxşı. İnanmağım gəlmir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.