Kriminal

Ölkəyə qanunsuz yolla telefonlar gətirmək istəyirdi, ilişdi - FOTO

17 Avqust 2019 17:30
0 Şərh     Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı, 99 ES 982 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində ölkə ərazisinə gömrük qaydalarının pozulması yolu ilə gətirilən mobil telefonların olması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən xəbərə görə, məlumat əsasında həmin avtomobil Tovuz rayonundakı Avtovağzal ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qutuda mobil telefonların olduğu müəyyən edilib. Qutuya ətraflı baxış keçirilməsi üçün avtomobil "Tovuz" gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Yoxlama zamanı qutuda 25 ədəd "Samsung Galaxy A20", 25 ədəd "Redmi Note 7", 10 ədəd "Redmi 7", 9 ədəd "Redmi 7A", 3 ədəd "Redmi Note 6 Pro", 6 ədəd "Mi 8 Lite", 4 ədəd "Mi A2 Lite", 8 ədəd "Mi Play" markalı, üzərində heç bir aksesuarı olmayan telefonlar, 35 ədəd mobil telefon qutusu, 15 ədəd USB, 15 ədəd qidalandırıcı başlıq və 10 ədəd qulaqcıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.