Kriminal

Özünü asan mərkəz direktorunun ailə problemləri olub

16 Avqust 2019 12:49
2 Şərh     Baxış: 5 122

Baş Prokurorluq Zaqatala rayon Məşğulluq Mərkəzinin müdirinin intiharı ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, avqustun 15-də Zaqatala şəhərində yaşamış 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlunun Qax rayonunda valideynlərinin yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə mərhumun ailə üzvlərinin və digər şəxslərin ifadələri alınıb.

İlkin istintaq araşdırmaları ilə müəyyən edilib ki, 4 aya yaxın müddət ərzində Zaqatala rayon Məşğulluq Mərkəzinin müdiri işləmiş mərhum M.Feyzullayevin intihar etməsinə səbəb ailə-məişət zəminində və şəxsi problemləri olub. M.Feyzullayevin intahar etməsi xidməti fəaliyyəti ilə bağlı deyil.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Gonulcelen · 16 Avqust 14:5611

    Pis adam deyildi sadece ozunden cox razi biriydi deyilene gore milletden pul alib iwe duzeltmek adiyla duzeltmeyib ve aile problemi olub gelin qaynana Allah gunahini bagiwlasin ne deyek ki?

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 17 Avqust 20:2900

      ALLAH RƏHMƏT ELƏSİN

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.